Naxçıvanda yüksək dağlıq ərazidə məşğələlər keçirilir (FOTO/VİDEO)

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma
planı”na əsasən çətin qış şərtlərində məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi
təyinatlı bölmələri ilə “Yüksək dağlıq ərazidə və şiddətli
soyuqlarda bölmələrin fəaliyyəti” mövzusunda keçirilən məşğələlər
davam edir.
Artıq bir qar şəhərciyinə çevrilmiş təlim ərazisində xüsusi
təyinatlı bölmələr tərəfindən pusqu, basqın və ərazidə yerləşmə
kimi fəaliyyətlər icra edilir.
Qarlı-çovğunlu şəraitdə hərəkət üsul və fəndlərini öyrənən şəxsi
heyətin dağlıq ərazidə və hərəkətdə atəşaçma bacarıqları
təkmilləşdirilir.

Teqlər: