Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, komandamızın heyəti yarışa qatılacaqları tankların ştat silahlarından yoxlama atışları icra ediblər.

Birinci divizionda Belarusiya, Serbiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 24-də başlayacaqlar.


Teqlər: