Tankçılarımız “Tank biatlonu” müsabiqəsində finala yüksəlib

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yarmfinal mərhələsində uğurla çıxış edən komandamız final mərhələsinə yüksəlib.

Sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.

Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.

Teqlər: