“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib (FOTO/VİDEO)

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvlərinin də iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 24-də yarışların üçüncü günündə çıxış edəcəklər.

Komandamız Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.

Teqlər: