Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda tanışını öldürməkdə
təqsirləndirilən Zeynal Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilib.
AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm
oxunub.
Məhkəmənin hökmü ilə o, 17 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə Zeynal
Zeynalovun 19 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ötən il iyunun 20-si saat 18 radələrində Binəqədi
rayonu ərazisində 1985-ci il təvəllüdlü Ramil Oruclunun meyitinin
aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il
təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində
aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla
xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
olunub.