Tanınmış rəssam Tofiq Fərəcov vəfat edib

Xəbər - Çingiz Səfərli – Trend:

Masallı rayonunun mədəniyyət ictimaiyyətinə itki üz verib.

AzerTimes-ın məlumatına görə, bölgədə tanınan istedadlı fırça ustası Tofiq İzzət oğlu Fərəcov 69 yaşında dünyasını dəyişib.

Əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.

T. Fərəcovun yaradıcılığında boyakarlıq və qrafika texnikası, peyzaj, portret, natürmort və digər sənət üslubları üstünlük təşkil edib.

Rəssamın əsərləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirilib.

Twitter:@cingizsafarli

Teqlər: