Tanınmış politoloq dünyasını dəyişdi

Tanınmış politoloq dünyasını dəyişdi

Rusiyalı tanınmış politoloq, şərqşünas və islamşünas alim Aleksey Malaşenko 72 yaşında dünyasını dəyişib.

AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Arkadi Dubnov Feysbuk səhifəsində məlumat verib.

“Aleksey Malaşenko bu gün qəflətən vəfat edib. Parlaq alim, görkəmli islam alimi, ləyaqətli insan, sadəcə dost…”, – deyə Dubnov yazıb.

Qeyd edək ki, A.Malaşenko Cənubi Qafqaz, Ermənistan-Azərbaycan münasibətləri üzrə tanınmış ekspertlərdən biri olub.

Uzun illər çalışdığı Karnegi Mərkəzində keçmiş Qarabağ müharibəsinə dair çoxsaylı məqalələrin, siyasi təhlillərin müəllifi olub.

O, 2 fevral 1951-ci ildə Moskvada anadan olub.

1974-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunu bitirib.

1976-1982-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi, 1979-1980-ci illərdə Elmlər Akademiyasının Liviyadakı ekspedisiyasının məsləhətçisi olub.

Malaşenko Əlcəzairdə Sovet Silahlı Qüvvələrində hərbi xidmətdə olub.

Teqlər: