Tanınmış jurnalist Ruhi Əliyevanın müavini oldu

Tanınmış jurnalist Ruhi Əliyevanın müavini oldu

Tanınmış jurnalist Tural Müseyibovun yeni iş yeri bəlli olub.

AzerTimes xəbər verir ki, T.Müseyibov iş adamı Ruhi Əliyevanın rəhbərlik etdiyi “Liatris Holding”də işə başlayıb.

Bu barədə jurnalist özü məlumat verib. O, holdinqdə baş direktorun müavini kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Tural Müseyibov bir sıra qurumlarda mətbuat katibi olub. Son iş yeri Baku TV-də ictimai-siyasi şöbənin rəhbəri vəzifəsi idi.

Teqlər: