Tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyuldu

Tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycanda mağazaçılıq sahəsində 1997-ci ildən etibarən fəaliyyət göstərən Mz Group Azərbaycan MMC firmasının sahibi Sənan Fərman oğlu Bədəlovun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Komersiya Məhkəməsi qərar verib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 8285,02 manat, İşsizlikdən Sığorta Fonduna 221,04 manat, İcbari Tibbi Sığorta Fonduna 883,83 manat, dövlət büdcəsinə 7351,42 manat məbləğində (o cümlədən, vergilər üzrə 6893,35 manat, faizlər üzrə 458,07 manat) olmaqla, ümumilikdə 16741,31 manat borcu olduğunu bildirib. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilsə də, ödəniş edilməyib.

Bakı Komersiya Məhkəməsinin qərarı ilə Mz Group Azərbaycan MMC-nin qanuni təmsilçisi Sənan Fərman oğlu Bədəlovun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, hazırda 17780 manat vergi borcu olan şirkət “UsPolo ASSN”, “Cacharel”, “Hummel”, “Monica Ricci”, “Bytshoes”, “New Balance” kimi dünya geyim markalarını birləşdirərək Azərbaycanda satışı ilə məşğuldur.

Eyni zamanda o, “BYT shoes” markasının və mağazalar şəbəkəsinin sahibidir.

Teqlər: