Tanınmış güneyli şair dünyasını dəyişdi

Tanınmış güneyli şair dünyasını dəyişdi

Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində yaşayan ustad Hüseyn Kərimi Marağayi bu gün səhər saatlarında dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, tanınmış şair Marağada müalicə olunduğu xəstəxanada ürək çatımazlığından həyatını itirib.

Hüseyn Kərimi 1931-ci ildə Marağa şəhərində anadan olub.

Kərimi şeirlərinin böyük bir hissəsini Azərbaycan dilində yazırdı və siyasi, ictimai, mədəni çatışmazlıqları satira formasında tənqid etdiyi üçün azərbaycanlılar tərəfindən ən çox oxunan şairlərdən sayılırdı.

Teqlər: