Tanınmış təhsil eksperti Kamran Əsədov növbəti dəfə ali təhsil müəssisəsinə qəbul olunub.
AzerTimes xəbər verir ki, bu barədə o özü paylaşım edib.
O bildirib ki, ADA Universitində təhsilin idarə edilməsi, menecerliyi üzrə magistr təhsili alacaq.
Qeyd edək ki, K.Əsədov 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani bakalavr pilləsini, 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin əyani Türk Dünyası ölkələri üzrə magistratura pilləsini, 2015-ci ildə Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının əyani Vətən Tarixi üzrə doktorantura pilləsini, 2019-cu ildə AMEA-nın Tarix İnstitutunun Qafqaz ölkələri şöbəsinin əyani doktorantura pilləsini bitirib.