Rusiyanın kəşfiyyatçı PUA-sı Türkiyədə tapıldı

Rusiyanın kəşfiyyatçı PUA-sı Türkiyədə tapıldı

Türkiyənin Gümüşhanə vilayətində dağlıq əraziyə göbələk yığmağa gedən vətəndaşlar yerə düşmüş PUA tapıblar.

AzerTimes xəbər verir ki, əraziyə cəlb edilən təhlükəsizlik qüvvələri PUA-nın kəşfiyyat məqsədli Rusiya istehsalı olan silahsız “Orlan-10” modeli olduğunu müəyyən ediblər.

1400 kilometr mənzilli PUA-nın Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukrayna və ya Suriya bölgəsində siqnal itdikdən sonra bu əraziyə düşdüyü güman edilir.

Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA araşdırma üçün Ankaraya göndərilib.

Teqlər: