Tanınmış boksçu 37 yaşında öldü

Tanınmış boksçu 37 yaşında öldü

Meksikalı boksçu Moyzes Fuentes 37 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) prezidenti Maurisio Suleyman məlumat verib.

“Son nəfəsinə qədər vuruşan döyüşçü. Ailəsinə və yaxınlarına başsağlığı veririk”, – Süleyman bildirib.

Qeyd edək ki, idmançı 13 ay əvvəl David Kuelyara 4-cü raundda nokautla məğlub olmuşdu. Həmin döyüşdə Moyzes Fuentes başından zədə almışdı. Fuentesdə qan laxtası aşkar edildikdən sonra beyində şişkinliyi azaltmaq üçün komaya salınmışdı.

Teqlər: