Nikol KTMT-nin yardım əlinə tüpürdü – Petrov

Nikol KTMT-nin yardım əlinə tüpürdü – Petrov

Vladimir Putin, Aleksandr Lukaşenko, Qasım-Jomart Tokayev, Sadır Japarov, İmaməli Rəhman və Nikol Paşinyan arasında İrəvan görüşünün nəticəsi Ermənistan rəhbərliyi üçün fiasko oldu. İrəvanın KTMT-dən Azərbaycana hərbi təzyiq göstərmək, revanşist planlarını həyata keçirmək təşəbbüsləri alınmadı. Bunu Paşinyanın həm KTMT-nin bəyannaməsini, həm də Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina etməsi açıq şəkildə ifadə edir. Yəni Təşkilatın beş ölkəsinin prezidentləri razılaşdılar ki, Ermənistan müəyyən dəstək alsın, amma onun müddəaları İrəvanı qane etmədi. Obrazlı desək, Paşinyan ona uzadılan yardım əlinə sadəcə tüpürdü. Niyə bunu etdi? Əsas səbəb kimi KTMT dövlət başçılarının Azərbaycanla qarşıdurmada Ermənistanın aqressiv revanş planlarını dəstəkləməkdən imtina etməsi göstərilir. Paşinyan rejiminin KTMT qarşısında çox konkret tələbləri var idi: onun qüvvələri, yəni ilk növbədə Rusiya ordusu əvvəlcə şərti Ermənistan-Azərbaycan sərhədində dayanmalı, daha sonra isə Azərbaycan Ordusunun mövqelərinin yerləşdiyi o strateji yüksəklikləri tutmalıdır.

AzerTimes xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.

“Buna yeganə yolla – Azərbaycan Ordusu ilə döyüşə girməklə nail olmaq olar. Ermənistan sözün əsl mənasında Azərbaycanın müttəfiqləri və tərəfdaşları olan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandan İrəvanın əvəzinə Bakı ilə sərhəddə silahlı münaqişəyə girmələrini tələb edirdi. Təəccüblü deyil ki, Paşinyan beş ölkənin liderlərindən gurultulu “yox” eşitdi. Onların mövqeyinin ruporu KTMT-yə sədrliyi üzərinə götürən Belarus Prezidenti Aleksandr Lukaşenko olub. Lukaşenko Ermənistanın istəklərini, o cümlədən bu istəklərini yerinə yetirmək üçün istənilən hərbi variantı rədd etdi. O, təklif etdi ki, Paşinyan Bakıya təzyiq göstərmək əvəzinə, etibarlı danışıqlar aparsın.

Belarus lideri Paşinyanın diqqətini Şarl Mişel və AB missiyasının 40 müşahidəçisinin Ermənistan-Azərbaycan sərhədinə faydasız, lakin siyasi baxımdan yüksək profilli gəlişinə yönəltdi. Lukaşenko izah etdi ki, AB və ATƏT regionda yalnız bir məqsəd güdə bilər – “müttəfiqlər arasında münasibətlərə xələl gətirmək; onlara regionumuzda sabitlik və əmin-amanlıq lazım deyil”. Paşinyanın sammitin mərkəzi sənədlərini sabotaj etməsi ilə Lukaşenkonun Ermənistanın davranışını tənqid etməsinin birləşməsindən belə çıxır ki, KTMT-nin Azərbaycana qarşı hərəkətlərinə razılıq almağa ümid edən Ermənistan rəhbərliyi uğursuzluğa düçar oldu. İrəvanın nə real rıçaqları, nə də diplomatik bacarığı var idi. Paşinyanın Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlər layihəsinə imza atmağa siyasi uzaqgörənliyi çatmırdı, o, sərt oynamağa qərar verdi, sanki ölkəsi güclü mövqedədir”, – o bildirib.

Analitikin fikrincə, Ermənistan elə zəif vəziyyətdədir ki, istənilən halda müttəfiqlərdən üz döndərmək ona sərfəli deyil:

“Ermənistanın ilk növbədə Azərbaycanla qarşıdurma siyasətini davam etdirməsi sərfəli deyil. O, yeni insan itkiləri də daxil olmaqla, qisas üçün aqressiv münasibət saxlamaqla heç nə qazanmır. Müttəfiqlərdən heç biri onun hakimiyyətinin qan tökmək həvəsini dəstəkləmir, Ermənistan-Azərbaycan münaqişəsinin geri qaytarılması postsovet məkanında heç kimə lazım deyil. Hamı istəyir ki, Ermənistanın ağlı başına gəlsin, Azərbaycanla sərhədi delimitasiya etsin, nəqliyyat kommunikasiyalarını açsın, sülh müqaviləsi imzalasın və müharibə xəyalları unudulsun. Çox güman ki, KTMT-nin İrəvanda keçirilən sammitində Paşinyan məhz bunu beş dövlətin liderlərindən eşitdi. Doğrudan da, Ermənistanın ağlını başına yığıb kənar oyunçuların bədxah planlarının agenti kimi deyil, bütün qonşuları ilə sabit müsbət münasibətlərdə maraqlı olan normal regional dövlət kimi yaşamağa başlamasının vaxtı çatıb. Paşinyanın KTMT sammitinə olan ümidləri lap əvvəldən puça çıxmağa məhkum idi – Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan, Ermənistandan fərqli olaraq, yalnız milli maraqlarını güdürlər və onlarda Azərbaycanla düşmənçiliyə yer yoxdur”.

Teqlər: