Tanınmış azərbaycanlı futbolçu sürücü işləyir – Foto

Tanınmış azərbaycanlı futbolçu sürücü işləyir – Foto

Azərbaycan yığmasının sabiq müdafiəçisi Vüqar Quliyev futboldan uzaqlaşıb.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, uzun illər Premyer Liqanın iddialı klublarının formasını geyinən veteran indi sürücü işləyir.

“Mersedes Sprinter” markalı avtomobil sürən Quliyev müxtəlif rayonlara sifarişlər qəbul edir.

Qeyd edək ki o, Sumqayıt futbol məktəbinin yetirməsidir. Yerli “Xəzər” FK ilə yanaşı, “Qarabağ”, “MKT-Araz” və “Bakı”nın formasını da geyinib. İkincilərin heyətində Çempionlar Liqasında çıxış edib. Son iş yeri isə “Sumqayıt” FK olub. Doğma şəhərinin təmsilçisinin akademiyasında məşqçi kimi çalışıb.

O, akademiyanın baş koordinatoru Hakan Sünalla yaşadığı problem səbəbindən sevimli peşəsindən uzaq düşüb.

Teqlər: