Tanınmış aktyor evində ölü tapıldı

Tanınmış aktyor evində ölü tapıldı

Tanınmış aktyor Sadiq Əhmədov ötən gün Bakıda yaşadığı evdə ölü tapılıb.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Onun iki gün öncə vəfat etdiyi məlum olub. Mərhum aktyor ötən gün dəfn olunub.

Xatırladaq ki, “Əlvida, cənub şəhəri”, “Cavid ömrü”, “Qafqaz”, “Məhkumlar”, “Etimad telefonu”, “Səhərə inan…”, ”Dolu” kimi bədii filmlərdə, “Şirəbənzər”, “Arabir görüşməyə kişi axtarıram” və s. tamaşalarda müxtəlif obrazlar yaradıb.

Teqlər: