Xəbər - Elçin Mehdiyev – Trend:
TANAP və TAP vasitəsilə indiyə qədər Avropaya 12.4 milyard kubmetrdən çox təbii qaz nəql edilib.
AzerTimes-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.
Nazir qeyd edib ki, istismara veriləndən indiyə qədər Azəri-Çıraq-Günəşli yatağından 545 milyon tona yaxın neft hasil edilib: “İndiyə qədər 155 milyard dollara yaxın gəlir əldə edilib”, – P.Şahbazov deyib.