TANAP ilə Türkiyəyə 14,5 milyard kubmetr, Avropaya isə 9 milyard kubmetr qaz nəql edilib

Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində strateji
əməkdaşlığın ən əhəmmiyyətli layihələrindən biri olan Trans-Anadolu
Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) ilə 2022-ci ilin yanvar
ayının sonuna qədər Türkiyəyə tədarük edilən təbii qazın miqdarı
14,5 milyard kubmetrə, Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə
Avropaya ötürülən qazın miqdarı isə 9 milyard kubmetrə çatıb.

AzerTimes-ın məlumatına görə,
Türkiyə, Yaxın Şərq və Avropanın “ən uzun və ən geniş təbii qaz
kəməri” ünvanına malik olan TANAP Azərbaycanın “Şahdəniz-2”
yatağından hasil edilən təbii qazı Türkiyə marşrutu ilə daşıyaraq
TAP bağlantısı ilə Avropaya çatdırır, beləliklə, enerji təchizatı
təhlükəsizliyinə və iki ölkənin enerji sahəsində brendləşmə
prosesinə töhfə verir.

Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) 2018-ci il
iyunun 30-da başlayan kommersiya istismarı fəaliyyətində 3 ildən
artıq bir dövrü uğurla başa vurub. TANAP Azərbaycanın “Şahdəniz-2”
yatağından hasil edilən qazı Türkiyə sərhədləri daxilində 20 şəhər,
67 rayon və 600 kənddən keçərək Ədirnənin İpsala rayonunda
Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya çatdırır. İki ölkənin
enerji sahəsində brendləşməsinə böyük töhfələr verən TANAP ilə
istismara verildiyi tarixdən 2022-ci ilin yanvar ayının sonuna
qədər Türkiyəyə tədarük edilən təbii qazın ümumi həcmi 14,5 milyard
kubmetrə, Avropaya verilən qazın həcmi 9 milyard kubmetrə
çatıb.

Cənub Qaz Dəhlizinin ən əhəmmiyyətli həlqəsi olan TANAP,
Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi
əməkdaşlığının daha da inkişafına töhfə verməklə yanaşı,
Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz təchizatçısı və Avropa
İttifaqının yeni qaz təchizatçısı səviyyəsinə çatdırdı.

Teqlər: