TANAP ilə qaz ixracını ildə 27 milyard kubmetrə çatdırmaq planlaşdırılır – bp-nin regional prezidenti

TANAP boru xətti ilə qaz ixracını ildə 27 milyard kubmetrə
çatdırmaq, bunun 9 milyard kubmetrini İtaliyaya yönəltmək
planlaşdırılır.

Trend-in məlumatına görə, bunu bp şirkətinin
Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons
Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

“Qaz mənbələrinin genişləndirilməsi və mövcud mənbələrdə
hasilatın artırılması üzrə işlər aparılır. Həmçinin Cənub Qaz
Dəhlizinin rolu artacaq, ixrac çoxalacaq. Bu hədəflərə çatmaq üçün
maliyyə təşkilatlarının və müvafiq investisiyaların cəlb olunması
üzrə işlər aparılır”, – deyə o bildirib.

Q.Cons əlavə edib ki, Azərbaycanda, xüsusilə Qarabağda günəş
elektrik stansiyalarının tikintisi aparılır.

“Bu layihələrin icrası qaz istehlakını azaldacaq və onu ixraca
yönəltməyə imkan verəcək. Bundan başqa, Azərbaycanın Xəzər
dənizində böyük külək enerjisi potensialı var ki, onu da ixrac
etmək mümkün olacaq”, – o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: