Londonda kraliça II Elizabetin hakimiyyətinin 70-ci ildönümü münasibətilə təntənəli parad keçirilir

Londonda Böyük Britaniya kraliçası II Elizabetin hakimiyyətinin
70-ci ildönümü münasibətilə təntənəli parad keçirilir.

Trend-in
məlumatına görə, paradda Britaniya Silahlı Qüvvələrinin müxtəlif
bölmələrindən 1,5 mindən çox hərbçi və 400 musiqiçi iştirak
edir.

Paradın gedişində 96 yaşlı kraliçanın insanları salamlayacağı
gözlənilir.

Qeyd edək ki, II Elizabet 1952-ci ildə, 25 yaşında Böyük
Britaniya taxtına oturub. O, hazırda yaşayan monarxlar arasında ən
uzun müddət hakimiyyətdə qalan kraliça hesab olunur.