Talıbovun qızının yerinə gətirilən Binnət Novruzov kimdir?

Talıbovun qızının yerinə gətirilən Binnət Novruzov kimdir?

Naxçıvan Bank ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb. Əvvəllər Rabitəbank ASC-də baş direktor olan Binnət Novruzov Naxçıvanbank ASC-nin Müşahidə Şurasının yeni sədri təyin olunub.

AzerTimes Yeniavaz.com-a istinadən Binnət Novruzovun dosyesini təqdim edir:

1981-ci ildə anadan olan Novruzov Binnət Yasin oğlu 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2007-2008-ci illərdə Unibank ASC-də, 2009-2010-cu illərdə Bank of Baku ASC-də çalışıb. 2016-2021-cı illərdə Rabitəbank ASC-də Baş direktor olub.

Binnət Novruzov 2021-2022-ci illərdə Dubayda (BƏƏ) fəaliyyət göstərən “SOCAR Overseas Ltd” şirkətində direktor müavini olub.

Naxçıvanbank ASC-nin Müşahidə Şurasının yeni sədri hazırda İngiltərənin Mançester Universitetində magistr təhsili də alır.

Qeyd edək ki, Binnət Novruzov eyni zamanda Naxçıvanbank ASC-nin Müşahidə Şurasının 3 üzvündən biridir. O, Müşahidə Şurası üzvlüyündən azad olunan Baharxanım Talıbovanın yerinə təyin olunub.

B. Talıbova Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun qızıdır.

Teqlər: