Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Azərbaycan müğənnilərinin bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırıblar.
AzerTimes xəbər verir ki, bu barədə Missiya.az məlumat yayıb.
Bildirilib ki, bu müğənnilər sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir. Talıbovların “səxavətindən” yararlanan türkiyəli müğənnilər də var. Demet Akalın, Hande Yener konkret olaraq Seymur Talıbov tərəfindən böyük məbləğdə pul və bahalı hədiyyələrlə mükafatlandırılıblar.
Məlumatlarda qeyd olunur ki, Talıbovların xərcləmələri ən xırda detala qədər araşdırılır. Çox güman ki, müğənnilər də sorğu-suala çəkilərək.