Dünya çempionu “Qalatasaray”a transfer oluna bilər

Dünya çempionu “Qalatasaray”a transfer oluna bilər

Futbol üzrə Argentina milli komandasının idman direktoru Lusiano Nakis Anxel Di Mariyanın “Qalatasaray”a mümkün keçidinə münasibət bildirib.

AzerTimes xəbər verir ki, cari mövsümün sonu “Yuventus”la müqaviləsinin müddəti başa çatacaq 34 yaşlı yarımmüdafiəçi ilə “Qalatasaray” klubu yaxından maraqlanır.

L.Nakis “Radyospor”a açıqlamasında transferin mümkün olduğunu söyləyib:

“Ola bilər. “Qalatasaray” böyük komandadır. Di Mariya gələcəkdə bu klubun formasını geyinə bilər”.

Qeyd edək ki, Anxel Di Mariya Argentina millisinin heyətində dünya çempionu olub.

Teqlər: