Taliblər Əfqanıstanın İranla sərhədindəki nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər

“Taliban” radikal hərəkatının üzvləri Əfqanıstanın İranla sərhədindəki nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər.

AzerTimes-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə özünün “Twitter” səhifəsində “Taliban”ın nümayəndəsi yazıb.

Qeyd edək ki, sözügedən nəzarət-buraxılış məntəqəsi Herat əyalətinin İslam Qala şəhərində yerləşir.

İran KİV-ləri, öz nəvbələrində, bildirirlər ki, şəhərdəki Əfqanıstan hərbçiləri mövqelərini tərk edərək sığınacaq üçün İrana üz tutublar.

Xatırladaq ki, daha əvvəl “Taliban” üzvləri Əfqanıstanın Tacikistan və Özbəkistanla sərhədi yaxınlığındakı mövqeləri də ələ keçirib.