Taliban və İŞİD arasında atışma: 4 terrorçu öldürüldü

Taliban və İŞİD arasında atışma: 4 terrorçu öldürüldü

Əfqanıstanın paytaxtı Kabildə Taliban və İŞİD üzvləri arasında silahlı atışma baş verib.

AzerTimes xəbər verir ki, şəhərin Kart-e-Sahi ərazisində günorta saatlarında başlayan atışma axşama qədər davam edib.

İnsidentlə bağı açıqlama verən Taliban sözçüsü Zabiullah Mücahid İŞİD hücrəsində əməliyat təşkil edildiyini, burada 4 terrorçunun öldürüldüyünü, birinin isə yaxalandığını bildirib.

Onun sözlərinə görə, İŞİD-çilər şiələrə yönəlik hücumlar planlaşdırırmış. Mücahid əməliyyat zamanı xeyli sayda silah-sursatın da ələ keçirildiyini əlavə edib.

Teqlər: