Taliban və İran arasında silahlı toqquşma başladı

Taliban və İran arasında silahlı toqquşma başladı

İranın Sistan-Bəlucistan əyalətinin Hirmənd rayonunda İran sərhədçiləri ilə Taliban qüvvələri arasında toqquşma baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Hirmənd rayonunun rəsmisi Meysəm Baranzadə məlumat verib.

Onun sözlərinə görə, tərəflər arasında silahlı toqquşma hazırda da davam edir.

Ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib.

Teqlər: