Taliban Qırğızıstan və Qazaxıstanı sülhə çağırdı

Taliban Qırğızıstan və Qazaxıstanı sülhə çağırdı

Kabil Qırğızıstan və Tacikistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır və münaqişənin danışıqlar yolu ilə həllinə çağırır.

AzerTimes xəbər verir ki, bunu Əfqanıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Əbdül Qəhar Bəlxi deyib.

“Əfqanıstan Qırğızıstan və Tacikistan arasında sərhəddə baş verən toqquşmaları son dərəcə narahatedici siqnal kimi qiymətləndirir. Biz tərəfləri sərhəd mübahisəsini danışıqlar və anlaşma yolu ilə həll etməyə çağırırıq. Davamlı silahlı qarşıdurma bütün regionda təhlükəsizliyi və sabitliyi təhdid edə bilər”, – Bəlxi bildirib.

Teqlər: