Taliban maliyyə nazirliyi Əfqanıstanın növbəti beş il üçün büdcə layihəsini hazırlayıb

Əfqanıstanda hakimiyyətə gəlmiş Taliban hərəkatının Maliyyə Nazirliyi ölkənin növbəti 5 il üçün büdcə layihəsini hazırlayıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Nazirliyin təmsilçisi Əhməd Vəli Həkməl açıqlayıb.

Onun sözlərinə görə, bu, son 20 ildə xarici yardımdan asılı olmayan ilk büdcədir və ölkənin daxili gəlirləri əsasında formalaşdırılıb.

O, həmçinin əlavə edib ki, layihə gələn həftə təsdiq üçün Taliban hökumətinə təqdim olunacaq.