Taliban Kabil hava limanının nəzarətinə keçməsini gözləyir

Taliban xarici qoşunların Kabil hava limanından tamamilə çıxarılmasına və ərazidə nəzarətinin qurulmasına nikbin yanaşır.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə hərəkatın nümayəndəsi Zabihullah Mücahid NHK telekanalına verdiyi müsahibəsində bildirib.


“ABŞ artıq hava limanının bəzi bölgələrini tərk edib və onlar Taliban nəzarətinə keçiblər. Xarici qoşunların hava limanından tamamilə çıxarılmasına nikbin baxırıq. Yaxın gələcəkdə bütün hava limanı Taliban yurisdiksiyasına keçəcək”, – nümayəndə bildirib.

Teqlər: