“Taliban” İŞİD-i “baş ağrısı” adlandırıb

Müvəqqəti Əfqanıstan hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiulla Mücahid İŞİD terror qruplaşmasının “Taliban” üçün təhlükəli olmadığını bildirib.

AzerTimes-ın məlumatına görə, bu barədə “TOLO News” telekanalı xəbər verib.

“Taliban”ın rəsmi nümayəndəsi İŞİD-i təhdid yox, “baş ağrısı” olduğunu bildirib. Onun sözlərinə görə, sakinlər terrorçuları dəstəkləmirlər:

“Bəzi yerlərdə İŞİD baş ağrısı yaradır, lakin hər insidentdən sonra onu törədənlər məhv edilir. Biz onları qovuruq, sığınacaqlarını aşkar etmişik”.