Taliban iranlı fotoqrafı həbs etdi

Taliban iranlı fotoqrafı həbs etdi

SEPAH-a bağlı “Tasnim” xəbər agentliyinin fotoqrafı Taliban nümayəndələri tərəfindən həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Məhəmməd Hüseyn Vilayəti adlı fotoqraf 10 gün Əfqanıstanda qaldıqdan sonra avqustun 19-da İrana qayıdarkən Kabil hava limanında saxlanılıb.

Fotoqrafın saxlanılma səbəbləri barədə Əfqanıstan tərəfinin açıqlama vermədiyi bildirilib.

Qeyd edək ki, mayın 18-də İran Prezidenti İbrahim Rəisinin Taliban hökuməti tərəfindən Hirmənd çayının axınının dəyişdirilməsi ilə bağlı iddiaları iki ölkə arasında münasibətləri gərginləşdirib.

Teqlər: