Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb

Əfqanıstanda Taliban hərəkatının silahlıları ölkənin mərkəzi hissəsində paytaxt yaxınlığında yerləşən Vardak əyalətinin Narh bölgəsini ələ keçiriblər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə əyalət rəhbərliyinin nümayəndəsi məlumat verib.


Bildirilir ki, bu bölgə, ərazisi boyunca Kabulu Taliban qruplaşmasının yerləşdiyi cənub əyaləti Qəndəharla birləşdirən mərkəzi magistral yolu keçdiyindən vacibdir.