Əfqanıstan-İran sərhədçiləri arasında meydana gələn qarşıdurma zamanı iki İran hərbçisi Taliban hərəkatı tərəfindən girov götürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Hirmənd şəhərinin başçısı məlumat yayıb.
“Hirmənd şəhərinin mühafizə zonasında baş verən sərhəd toqquşması, məsələnin detalları və hücum edənlərin şəxsiyyəti hazırda araşdırılır”, – o bildirib.