Paşayeva “Qarabağ” ordenli şəhidin anası ilə görüşdü

Paşayeva “Qarabağ” ordenli şəhidin anası ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz, “Qarabağ” ordeni ilə təltif edilmiş baş gizir Mehman Musa oğlu Yusifovun anası Gülsüm xanım və şəhidin bacısı Zəkiyyə xanımla görüşüb.

AzerTimes xəbər verir ki, Tovuz şəhərində baş tutan görüşdə şəhid ailəsinin qayğıları dinlənilib.

Q.Paşayeva şəhid anası və bacısının yanında olduğunu bildirib və şəhidin əziz ruhuna sonsuz ehtiramını ifadə edib.

Teqlər: