Taleh Kazımov bu xanıma vəzifə verdi

Taleh Kazımov bu xanıma vəzifə verdi

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.

AzerTimes xəbər verir ki, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

Bununla da qurumun baş direktorlarının sayı 7-yə çatıb.

G.Paşayeva əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də kassir vəzifəsində başlayıb, 2012-ci ilin yanvar-avqust aylarında bankın Korporativ sənədlərlə iş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentinin korporativ katiblik şöbəsinin kollegial orqanlarla iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb, bu il iyunun 1-dən isə AMB-nin komandasına qoşulub, sədrin müşaviri olub.

Teqlər: