“Takeda” Rusiyada dərmanların yeni klinik sınaqlarını dayandırıb

Yaponiyanın böyük əczaçılıq şirkəti “Takeda Pharmaceutical”
Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyada dərmanların yeni
klinik sınaqlarını dayandırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Nikkei” qəzeti xəbər
yayıb.

Bundan əlavə, şirkət Rusiya Federasiyasına yeni investisiyaları
dayandırır. Dərman təchizatı və davam edən klinik sınaqlar davam
etdiriləcək. Rusiyaya qarşı sanksiyalar əczaçılıq biznesinə şamil
edilmir, lakin tətbiq edilən məhdudiyyətlər logistika və
əməliyyatlar sahəsində çətinliklərə səbəb olub.

Digər Yaponiya əczaçılıq şirkəti “Astellas Pharma” da
dərmanların klinik sınaqları üçün Rusiya və Ukraynada yeni
xəstələrin qəbulunu dayandırıb.