“Take Off Baku” startap sammitinin qalibləri müəyyənləşib (FOTO)

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə
Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə
təşkilatçılığı ilə 26-29 mayda Bakıda ilk dəfə olaraq keçirilən
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı
çərçivəsində “Take Off Baku” Startap Sammitinin qalibləri məlum
olub.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, 50 iştirakçıdan
25 startap final mərhələsinə keçid alıb. Startaplar pitçinq,
innovativlik, müştəri yönümlülük, rəqabətədavamlılıq, məhsul
təklifi, kommersiyalaşdırılma potensialı və komanda səriştəliliyinə
görə qiymətləndirmə prosesindən keçiblər.

Finala vəsiqə qazanmış 25 startapdan 14-ü Azərbaycanı, 4-ü
Türkiyəni, 3-ü ABŞ-ı, 1-i Misiri, 1-i Pakistanı, 1-i Argentinanı,
1-i Estoniyanı təmsil edib.

“Take Off Baku” Startap Sammitinin qalibi 1-ci yer üzrə ABŞ-ın
“Resepta” startapı (layihənin adı: elektron qəbzlərin yaradılması
sistemi), 2-ci yer üzrə Azərbaycanın “E-Point” startapı (layihənin
adı: Fintech, ödəniş sisteminin inteqrasiyası texnologiyası), 3-cü
yer üzrə Türkiyənin “Co-Print” startapı (layihənin adı: 3D
texnologiyası) olub.

Teqlər: