Tailandın şimal-şərqində uşaq inkişaf mərkəzinə silahlı hücum nəticəsində azı 34 nəfər həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə Tailand mediası məlumat yayıb.
“Ölənlərin 22-si uşaqdır. Hadisəni törədən şəxs qaçmağa nail olub. Onun dövlət qulluğundan qovulmasından narazı qalan keçmiş polis əməkdaşı olduğu üzə çıxıb. Hüquq-mühafizə orqanları atəş açan şəxsin axtarışı üçün tədbirlər görür”, – məlumatda deyilir.