Tacikistan Türkiyəyə cavab hazırlayır

Tacikistan Türkiyəyə cavab hazırlayır

Tacikistan da Türkiyə vətəndaşları üçün viza rejimini bərpa edə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

“Tacikistan tərəfi qarşılıqlılıq prinsipinə əsasən, Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi məsələsini müzakirə edir”, – Tacikistan XİN rəsmisi bildirib.

O əlavə edib ki, Türkiyə bu qərarla bağlı diplomatik kanallar vasitəsilə Tacikistanı məlumatlandırıb.

Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tacikistan vətəndaşları üçün vizasız rejimin ləğvi haqqında qərar imzalayıb.

Teqlər: