Tacikistan prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

Tacikistan prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

Mayın 22-də Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman ölkəmizə dövlət səfəri çərçivəsində Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

AzerTimes xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Teqlər: