Tacikistan bundan sonrada Azərbaycanla ikitərəfli münasibətləri qarşılıqlı etimad ruhunda gücləndirməyə hazırdır – XİN

Tacikistan bundan sonrada Azərbaycanla ikitərəfli münasibətləri qarşılıqlı etimad ruhunda gücləndirməyə hazırdır.

AzerTimes-ın məlumatına görə, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 29-cu ildönümü münasibətilə bəyanatında deyilir.

Bəyanatda deyilir: “Bu illər ərzində Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlər səmərəli olub və ən yaxşı dostluq və qarşılıqlı hörmət ənənələri əsasında inkişaf edib.

Şübhəsiz ki, Tacikistan və Azərbaycan liderləri arasındakı dostluq iki ölkə arasındakı münasibətlərin hərtərəfli inkişafında mühüm rol oynayıb.

2014-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına, 10 avqust 2018-ci il tarixində isə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına səfər edib.

Qeyd etmək lazımdır ki, iki ölkə liderlərinin səyləri sayəsində ikitərəfli münasibətlər qarşılıqlı anlaşma və etimad əsasında qurulur və bu proses iki ölkə arasında hərtərəfli əlaqələrin davamlı inkişafına ciddi təkan verir.

Ölkələr ənənəvi olaraq BMT, MDB, ATƏT də daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq edir, bir-birlərinin beynəlxalq təşəbbüslərini dəstəkləmək təcrübəsindən geniş istifadə edirlər”.

Teqlər: