Tabor komandirləri arasında yarış…

Tabor komandirləri arasında yarış…

Tabor komandirləri arasında yarış keçirilib.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən bildirilib.

2022-ci ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib.

Yarışda motoatıcı və əməliyyat (komando) tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb.

Həmçinin praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.

Komissiya tərəfindən aparılan qiymətləndirmədə ən yüksək nəticələr əldə edən zabitlər “Ən yaxşı motoatıcı, əməliyyat (komando) taborunun komandiri” adına layiq görülüblər.

Teqlər: