Syerra-Leonedə torpaq sürüşməsində 500 nəfər öldü

Syerra-Leonedə torpaq sürüşməsində 500 nəfər öldü

Syerra Leonenin paytaxtı Fritaun şəhərində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 500 nəfərə çatıb.  

Ötən gün daha 30 nəfərin meyiti dağıntıların altından çıxarılıb.

“ActionAid” humanitar təşkilatının direktoru Riçard Millerin sözlərinə görə, 1 500-dək insan itkin düşmüş hesab olunur.

İçməli suya da ciddi ehtiyac olduğu bildirilir.

torpaq sürüşməsi