Süveyşdə “İstanbul” gəmisi qəzaya uğradı, keçid bağlandı

Süveyşdə “İstanbul” gəmisi qəzaya uğradı, keçid bağlandı

Misirin Süveyş kanalında konteyner gəmisi qəzaya səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.

Məlumata görə, Liberiya bayrağı altında üzən və Malayziyadan Portuqaliyaya doğru yola çıxan “MSC İstanbul” adlı konteyner gəmisi nasazlıq səbəbindən gəmilərin keçidini bağlayıb. Konteyner gəmisini kənara çəkmək və naviqasiyanı bərpa etmək üçün dörd yedək gəmisi cəlb olunub.

Süveyş kanalı İdarəsinin rəisi Üsamə Rabiyə qeyd edib ki, beşinci yedək gəmisi “MSC İstanbul”un yenidən üzə bilməsini təmin edib.

Teqlər: