Şuşanın qaz təchizatının xəritəsi hazırlanıb

“Azəriqaz” İstehsalat Birliyi Şuşa şəhərinin qaz təchizatı
şəbəkələrinin elektron xəritəsini hazırlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Energetika Nazirliyinin
2021-ci ildə görülmüş işlərə dair hesabatında deyilir.

“Şəhərin qaz təchizatı şəbəkələrinin elektron xəritələri
hazırlanıb, inventarizasiya aparılıb. Hazırlanmış xəritələr və
texniki məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinə, eləcə də Şəhərsalma üzrə Dövlət Komitəsinə təqdim
edilib”, – deyə hesabatda deyilir.

Bundan başqa, Hadrutda, Xocavənd rayonunun Tuğ, Böyük Tağlar,
Zoğalbulaq, Azıx, Edilli, Axullu, Ağbulaq, Şexer kəndlərinin,
Füzuli rayonunun Qacar kəndində analoji işlər həyata keçirilib.

Teqlər: