Şuşanın əsl sahibləri qayıdıb, biz birdəfəlik buraya köçüb yaşayacağıq – Şuşa sakini

Şuşa. Humay Ağacanova – Trend:

Əhd etmişdim ki, Şuşaya gedəndə bayrağımızı aparım, öz ata yurdumda, həyat yoldaşımın yaşadığı yerdə, Qayabaşında sancım.

Bunu AzerTimes-a açıqlamasında Şuşa sakini, hazırda bir qrup sakinlə Şuşa şəhərinə səfər edən Məlahət İbrahimova deyib.

M.İbrahimova bu gün şuşalılarla birlikdə doğma yurdlarında yenidən olmağın sevincini paylaşıb:

“30 il öncə erməni işğalı zamanı həyat yoldaşımın da sakinlərin Şuşadan çıxarılmasında çox böyük köməyi olub. Axır ki, bu həsrətimizə son qoyuldu. Bu gün mən şadam ki, öz şuşalılarımın içərisindəyəm. Bunun üçün Ali Baş Komandanımıza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Qeyd edək ki, bu gün bir qrup Şuşa sakini Şuşaya səfər ediblər.

Sakinlər Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.

Teqlər: