Şuşalılar Gövhər Ağa məscidində namaz qılıblar (FOTO)

Şuşa. Trend:

Bu gün daha 52 Şuşa sakini doğma şəhərlərinə səfər ediblər.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfər çərçivəsində sakinlər Yuxarı Gövhər Ağa məscidində olublar.


Şuşa sakinləri məsciddə namaz qılıblar, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların ruhuna dualar oxuyub, qazilərə şəfa diləyiblər.

Teqlər: