Şuşanın 28 il sonra işğaldan azad edilməsi ilə müharibənin taleyi həll olundu – Yalçın Topçu

Xəbər - Orxan Nəbiyev – Trend:

Azərbaycanın qəhrəman övladları 8 noyabr 2020-ci il tarixdə Qarabağın incisi, türk-İslam dünyasının mədəniyyət beşiklərindən biri, xarı-bülbülün şəhəri olan Şuşaya daxil olaraq 28 il ərzində BMT qərarlarının tanımayaraq işğalı davam etdirən erməni işğalçılarını iti qovan kimi qovdu.

Bunu Trend-ə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O bildirib ki, Şuşanın 28 il sonra işğaldan azad edilməsi ilə müharibənin taleyi həll olundu:

“Bu şanlı zəfərlə birlikdə təcavüzkar işğalçı Ermənistan məğlubiyyəti qəbul etdi və hərbi əməliyyatlar dayandırıldı. Çox böyük liderlik nümunəsi göstərərək zəfərlə birlikdə sülhü həm bölgə üçün, həm də Azərbaycan üçün qazandıran Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevi və qəhrəman Azərbaycan xalqını 8 noyabr Zəfər günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!”

Teqlər: