10 yaşlı uşaq Bakı-Sumqayıt qatarını daşlayaraq şüşələrini sındırıb

Xəbər - Samir Əli – Trend:

Bakıdan Sumqayıta hərəkət edən sürət qatarına daş atılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 6-da saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində 2 vaqonun yan şüşələrinin sınması barədə məlumat daxil olub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini olan 10 yaşlı R.Kazımov müəyyən edilərək saxlanılıb.

Teqlər: