Şuşalı aktrisa niyə “Şəkinskaya” soyadı daşıyırdı?

Şuşalı aktrisa niyə “Şəkinskaya” soyadı daşıyırdı?

Bu gün Azərbaycanın teatr və kino aktrisası, xalq artisti Barat Şəkinskayanın doğum günüdür.

AzerTimes aktrisa haqqında maraqlı məlumatları təqdim edir.

– Barat Həbib xan qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada anadan olub.

– Soyadı Şəkinskaya olsa da, onun Şəki ilə heç bir əlaqəsi olmayıb. O, Qarabağ xanı İbrahimin ilk xanımlarından olan acar knyazı Abaşidzenin bacısının nəslindəndir. İbrahim xan Zəngəzurun Şəki kəndini xanımına bağışlayandan sonra Abaşidze soyadını Şəkinskaya ilə əvəz edib və bundan sonra xanın Abaşidzedən olan övladlarının hamısının soyadı belə qeyd olunub. Həmçinin, qarabağlıların sözlərinə görə, Gövhər ağa da Şəkinskaya olub. Onun qardaşı İsgəndər ağa Barat xanımın atası Həbibin babasıdır.

– Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti – oğlan rolları oynayan aktrisası olub.

– 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak etməyə başlayıb. 1920-ci illərdə Barat Şəkinskaya dram dərnəklərində həvəskar aktrisa kimi çıxış edib.

– Azərbaycan Milli Dram teatrında 1936-cı ildə səhnəyə qoyulan “Polad qartalı” əsərindəki Şəfiqə uşaq obrazı ilə bütün Sovet İttifaqına səs salır. Bundan sonra o, tam 18 il uşaq obrazlarını canlandırmaqda davam edir.

– O, Azərbaycan kinosunda bir çox obraz yaradıb. Həmin filmlərdəki obrazlardan Şövkət (“Görüş” filmi), Sənəm (“O olmasın, bu olsun” filmi), Tükəzban (“Qəribə əhvalat” filmi) hələ də insanların yaddaşındadır.

Teqlər: